Ölkədə COVID-19-dan ölənlərin sayı 25210 nəfərə çatıb
Türkiyədə son sutka ərzində koronavirusdan 137 nəfər dünyasını dəyişib, 671-i simptomatik olmaqla 5642 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb.
AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 25210-a, bu virusa yoluxanların sayı isə 2,435,247-yə çatıb.
Ümumilikdə 28 milyondan çox insan test olunub.