Türkiyədə son sutkada koronavirusdan 237 nəfər ölüb

Dünya

13.10.2021 - 00:19

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 237 nəfər ölüb. AYNA xəbər verir ki, barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. 
  
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 636 nəfər test edilib, onların 33 860-nın koronavirus testi pozitiv nəticə verib, 30 110 nəfər sağalıb.

Nazirliyin paylaşdığı statistikaya görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 112 941 094 peyvənd tətbiq edilib ki, bunun da 88 faizi birinci, 75,10 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az