Hatay bölgəsində böyük problemlər yaranıb
Türkiyənin Hatay şəhərinin Antakya rayonu sel suları altında qalıb. AYNA xəbər verir ki, güclü külək də evlərin çardağını atıb.
Rayonun Kuzeytəpə məhəlləsində yolları sel basması səbəbindən çox sayda avtomobil, o cümlədən şəhərdaxili avtobuslar su altında qalıb. Güclü daşqın sütunların altını yuyaraq bir körpünü sıradan çıxarıb.