Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb

Dünya

15.08.2021 - 21:56

Həkimlər Klinikalar SEO Xidməti

Fəlakət nəticəsində həyatını itirənlərin sayı 62 nəfərə çatıb

 

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib. Ölənlərin 52-si Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.

 

Hazırda Kastamonuda 4526, Sinopda 2492 və Bartında isə 1067 nəfər olmaqla səkkiz mindən artıq canlı qüvvə və çox sayda ağır texnika axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işlərində iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş