Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutu”su zədələnib

Dünya

08.01.2026 - 13:31

“Qara qutu”nun məlumatları Böyük Britaniyada oxunacaq

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin uçuş qeyd cihazı – “qara qutu”su zədələnib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu deyib.

O “qara qutu”nun məlumatlarının Böyük Britaniyada oxunacağını bildirib.

Qeyd edək ki, 23 dekabr 2025-ci ildə Ankaranın Esenboğa hava limanından Liviyanın paytaxtı Tripoliyə yola düşən 9H-DFJ quyruq nömrəli “Falcon 50” təyyarəsi Haymana rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad, Quru Qoşunlarının komandanı, korpus generalı Futuri Qribel, Liviya Hərbi Zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Qitevi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əsəvi və fotoqraf Məhəmməd Ömər Əhməd Mahcub həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş