Türkiyədə qayıq batıb, miqrantlar itkin düşüb

Dünya

01.07.2020 - 12:49

Batan əcnəbilərdən altısının meyiti tapılıb

 

Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb. AYNA xarici mediaya istinadən bildirir ki, batan əcnəbilərdən altısının meyiti tapılıb.

 

Ümumilikdə gəmidə 55-60 nəfərin olduğu ehtimal edilir. Qalan onlarla insan itkin düşmüş hesab olunur.

 

Qayığın suyun 110-120 metr dərinliyində olduğu ehtimal edilir. Onun dəqiq yeri aşkarlanmayıb. Havadan və sudan axtarış xilasetmə işləri davam edir. Qayıqdan salamat xilas olunan Mədəni Akbaş da daxil olmaqla, artıq 11 nəfər saxlanılıb.

Müəllif: Ayna.az