Türkiyədə məscidin imamı öldürülüb

Dünya

25.11.2024 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

16 yaşlı yeniyetmə məscidin imamını naməlum səbəbdən bıçaqlayıb

Türkiyənin Adana şəhərindəki Fet Ahmet məscidində qətl hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 16 yaşlı yeniyetmə məscidin imamı Tarık Karadağı  naməlum səbəbdən bıçaqlayıb.

Hadisə yerinə polis və həkim briqadası gəlib. Ağır yaralanan imam xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayət yerindən qaçan yeniyetmə saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş