Türkiyədə koronavirusun mutasiyaya uğramış variantına yoluxanların sayı məlum olub

Dünya

04.02.2021 - 08:15

Fəxrəddin Qoca: "Mübarizə tədbirlərimizi artırmalı və rejimə ciddi əməl etməliyik"

 

Türkiyədə koronavirusun mutasiyasına uğramış 196 İngiltərə, 2 Cənubi Afrika, bir Brazilya variantı aşkarlanıb. 

 

AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Elm Qurumunun növbəti toplantısından sonrakı açıqlamasında bildirib.

 

Nazir bundan başqa özünün Twitter səhifəsində yazıb ki, riskli mutasiyalar sərhəd tanımadan yayılır: “Yeni mutasiyaların rast gəlindiyi və yoluxmaların artdığı bu günlərdə mübarizə tədbirlərimizi artırmalı və rejimə ciddi əməl etməliyik. Qapalı və kütləvi yerlərdən xüsusilə uzaq durmalıyıq".

Müəllif: Ayna.az