Hazırda 3500-dək xəstənin vəziyyəti ağırdır
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 356 nəfər pandemiyanın qurbanı olub.
Sutkada 229 min 491 koronavirus testi aparılıb ki, bunun da 26 min 476-sı müsbət çıxıb. Ağır xəstə sayı 3 min 418-dir.
Bu gün 35 min 464 nəfər COVID-19-dan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 589 min 501-ə çatıb.
