Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

06.02.2021 - 01:54

Ağır xəstə sayı 1423 təşkil edir

 

Türkiyədə bu gün koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 110 nəfər virusun qurbanı olub.

 

142 min 538 COVID-19 testi aparılıb, onlardan 7 min 901-i müsbət çıxıb.

 

Ağır xəstə sayı 1423 təşkil edir. 8 min 217 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 404 min 416-ya çatıb.

Müəllif: Ayna.az