Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

21.01.2021 - 03:54

Ölkədə COVID-19-dan ölənlərin sayı 24 487 nəfərə çatıb 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 159 nəfər dünyasını dəyişib, 752-si simptomatik olmaqla 6 435 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb. 

 

Bu barədə AYNA Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

 

Bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 24 487-yə, bu virusa yoluxanların sayı isə 2 406 216-ya çatıb.

 

Ümumilikdə 27 milyondan çox test aparılıb. 

Müəllif: Ayna.az