Türkiyədə koronavirusdan ölüm sayında artım

Dünya

14.03.2021 - 22:12

Ölkədə son sutkada 68 nəfər ölüb, 15 min 516 nəfər sağalıb

 

Türkiyədə koronavirusdan (COVID-19) son sutkada 68 nəfər ölüb, 15 min 516 nəfər sağalıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, gündəlik ölüm sayı dünənki ilə müqayisədə üç nəfər çoxdur.

 

Türkiyədə indiyədək, ümumilikdə, 2 milyon 879 min 390 nəfərdə virus aşkarlanıb, 29 min 489 nəfər bu xəstəlikdən ölüb.

Müəllif: Ayna.az