Hazırda ölkədə 2723 nəfər ağır xəstə var
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 273 nəfər pandemiyanın qurbanı olub.
306 min 563 koronavirus testi aparılıb ki, bunun da 59 min 187-si müsbət çıxıb. Ağır xəstə sayı 2 min 723-dür.
52 min 104 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 424 min 733-ə yüksəlib.
