Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 15 mini ötüb

Dünya

14.03.2021 - 00:36

Hazırda ölkədə 1350 nəfər ağır xəstə var

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, sutka ərzində 65 nəfər pandemiyanın qurbanı olub

 

Bu gün 150 min 98 koronavirus testi aparılıb, onu da 15 min 82-sinin nəticəsi müsbət çıxıb.

 

Ağır xəstə sayı 1350 təşkil edir. Son 24 saatda 15 min 287 nəfər koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 2 milyon 685 min 560-a yüksəlib.

Müəllif: Ayna.az