Türkiyədə koronavirus qurbanlarının sayı artıb

Dünya

10.07.2020 - 01:54

Koronavirus can almaqda davam edir 

 

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatıb.  

 

Son sutka ərzində koronavirusa daha 1 024 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 209 962 nəfərə yüksəlib.

 

Son sutkada Türkiyədə 2 879 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 190 390 nəfərə yüksəlib.

Müəllif: Ayna.az