Türkiyədə jurnalistlər həbs olunub

Dünya

16.11.2019 - 21:53

Türkiyədə həbs olunan jurnalistlərə görə etiraz aksiyası keçirilib

 

Türkiyədə bir neçə gün əvvəl şübhəli qismində saxlanılan jurnalistlər artıq həbs olunub. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Mesopotamiya" Agentliyinin əməkdaşı Ruken Dəmir və "JİN NEWS"un müxbiri  Məleykə Aydın artıq həbs olunublar.


Məlumatda bildirilir ki, İzmir Prokurorluğunun başlatdığı istintaq nəticələrinə əsasən, jurnalist qadınlar fəaliyyətləri boyunca  terrora dəstək kampaniyaları keçiriblər. Jurnalistlər İzmir Əliağa Şakran Qadın Qapalı cəza evinə aparılıblar.


Keçirilən istintaq əməliyyatı zamanı daha bir qrup şəxs eyni səbəbdən polis tərəfindən saxlanılıb. Onlar arasında Məhbus ailələrə dəstək Dərnəyinin 10-a yaxın üzvü də var.


Həbs olunan və saxlanılanların azadlığa buraxılması üçün İzmir Ədliyyə binası qarşısında etiraz aksiyası təşkil olunub. 

 

 

Müəllif: Raminə Eyvazqızı