Türkiyədə gündəlik yoluxma sayı 56 minə çatır

Dünya

09.04.2021 - 05:15

Hazırda ölkədə 2615 xəstənin vəziyyəti ağırdır 

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 258 nəfər pandemiyanın qurbanı olub.

 

Gün ərzində 304 min 492 koronavirus testi aparılıb, onlardan 55 min 941-i müsbət çıxıb. Ağır xəstə sayı 2 min 615-dir.

 

37 min 914 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 232 min 892-yə yüksəlib.

Müəllif: Ayna.az