Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 145 hərbçi saxlanılıb

Dünya

09.06.2020 - 12:17

Ölkənin 22 şəhərində antiterror əməliyyatı keçirilib

 

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. AYNA Türkiyə KİV-ə istinadən bildirir ki, başda İzmir olmaqla 22 şəhəri əhatə edən növbəti irimiqyaslı əməliyyat keçirilib.

 

199 nəfərin saxlanılması məqsədilə reallaşdırılan antiterror əməliyyatı nəticəsində şübhəli şəxslərdən 145-i ələ keçirilib. Onların hamısı Türkiyə Silahlı Qüvvələrinin əməkdaşıdır.

Müəllif: Ayna.az