Yanğınlarda indiyə qədər Manavqatda 3, Marmarisdə 1 nəfər həyatını itirib
Türkiyədə meşə yanğınlarının iz buraxdığı yerlər fəlakət bölgələri elan edilib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Meşə və Kənd təsərrüfatı naziri Bəkir Pakdəmirli 88 meşə yanğının nəzarətə götürüldüyünü, 10 yanğının isə davam etdiyi barədə şəxsi Tviter hesabından açıqlama verib.
Prezident Rəcəb Tayyib Ərdoğan yanğından təsirlənən bölgələrin “Ümumi həyata təsir edən fəlakət bölgələri” elan edildiyini açıqlayıb.
Bildirilir ki, Türkiyənin 30 əyalətində 28-31 İyul 2021 tarixləri arasında olan 98 meşə yanğınından 88-i nəzarət altına alınıb. Yanğınlarda indiyə qədər Manavqatda 3, Marmarisdə 1 nəfər həyatını itirib.