Türkiyədə eyni ərazidə iki dəfə zəlzələ oldu

Dünya

18.02.2020 - 06:31

Zəlzələ ocağı 10,1 kilometr dərinlikdə yerləşib

 

Türkiyədə zəlzələ olub.

 

Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.

 

Məlumata görə, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 23:16-da Van vilayətinin Tuşba rayonunda  4,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 10,1 kilometr dərinlikdə yerləşib.

 

Ölkə ərazisində ikinci zəlzələ bundan 2 dəqiqə sonra, yenə Tuşba rayonunda qeydə alınıb. İkinci zəlzələ 3,7 maqnitudada baş verib.

 

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş