Koronavirus can almaqda davam edir
Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 498 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 412 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 326 046 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 320 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 286 370 nəfər təşkil edir.