Türkiyədə daha 36 nəfər koronavirusdan ölüb

Dünya

29.08.2020 - 02:14

Koronavirus can almaqda davam edir

 

Türkiyədə son sutka ərzində koronavirusdan 36 nəfər dünyasını dəyişib, 1517 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6245-ə, yoluxanların sayı isə 265 515-ə yüksəlib. Son 24 saat ərzində 1017 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 Ümumilikdə sağalan xəstə sayı 241 809-a çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş