Türkiyədə COVID-19 qurbanlarının sayı artıb

Dünya

30.06.2020 - 22:18

COVID-19 xəstələrinin sayı 199 906 nəfərə yüksəlib

 

Türkiyədə son sutkada koronavirusdan daha 16 ölüm qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 131 nəfərə çatıb. 

 

Bu gün koronavirusa 1 293 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 199 906 nəfərə yüksəlib.

 

Nazir qeyd edib ki, son sutka ərzində 1 302 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 173 111 nəfərə çatıb.

Müəllif: Ayna.az