Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

03.12.2021 - 01:28

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində yazıb ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 354 385 nəfər test edilib, onların 21 747-nin koronavirus testi pozitiv nəticə verib, 22 284 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 640 853 peyvənd tətbiq edilib ki, bunun 90,72 faizi birinci, 81,44 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş