Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

28.10.2021 - 04:27

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 210 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu gün İraqda erkən parlament seçkiləri keçirilir
İdlibdə terrorçuların atəşi nəticəsində 2 Suriya əsgəri ölüb
Taliban: “Əfqanıstanda şəriətin tətbiqi hamının qanun qarşısında bərabərliyi deməkdir”
 
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 947 nəfər test edilib, onların 26 896-nın koronavirus testi pozitiv nəticə verib, 30 542 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 861 861 peyvənd tətbiq edilib ki, bunun 89,09 faizi birinci, 78,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az