Fuat Oktay: “Yoxlama mərhələsində olan peyvəndlər ciddi nəzarət altında saxlanılır”
Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkədə koronavirus əleyhinə hazırlanan peyvəndlər barədə açıqlama verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, F.Oktay deyib ki, hazırlanan daha bir peyvəndin birinci kliniki faza hazırlıq işlərinə başlanılıb.
“Hazırda ölkəmizdə COVID-19-a qarşı 18 peyvənd hazırlanır ki, bunlardan yeddisinin ümidverici olduğunu söyləyə bilərəm. Bu yeddi peyvənddən dördü artıq kliniki yoxlama mərhələsindən keçirilir. Ərciyəs Universitetinin professoru Aykut Özdarendeli tərəfindən hazırlanan vaksin isə son klinik yoxlama mərhələsindədir”, F.Oktay bildirib.
Vitse-prezident vurğulayıb ki, vaksin hazırlanması uzun prosesdir: “Hazırda yoxlama mərhələsində olan peyvəndlər ciddi nəzarət altında saxlanılır”.