Ölkədə mindən çox xəstənin vəziyyəti ağırdır
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 91 nəfər həyatını itirib.
AYNA xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 min 164 nəfər test edilib, onların 5 min 647-nin koronavirus testi pozitiv nəticə verib, 6 min 576 nəfər sağalıb, min 60 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 255 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 293 min 627 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 167 min 350 nəfəri müalicə olunaraq evə buraxılıb.