Türkiyədə COVID-19 daha 14 nəfərin həyatına son qoyub

Dünya

29.07.2020 - 23:53

Virusa yoluxanların sayı isə 228 924-ə yüksəlib

 

Türkiyədə son sutka ərzində koronavirusdan 14 nəfər ölüb, 942 yeni yoluxma faktı qeydə alınıb.

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 659-a, yoluxanların sayı isə 228 924-ə yüksəlib.

 

996 xəstə sağalıb. Ümumi sağalanların sayı 212 557 nəfərdir.

Müəllif: Ayna.az