Türkiyədə bəzi qadağalar götürülüb

Dünya

10.06.2020 - 04:23

Türkiyədə karantin rejimi yumşaldılır 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra karantinin yumşaldılması prosesində alınan yeni qərarları açıqlayıb.

 

AYNA “Qafqazinfo”ya istinadən yeni qərarları təqdim edir:

 

Restoran, kafe və qiraətxanaların bağlanma saatı 22:00-dan 24:00-dək uzadılıb;

 

Kinoteatr, teatr və şou mərkəzləri iyulun 1-dən fəaliyyətə başlayacaq;

 

65 yaşdan yuxarı vətəndaşlar həftənin bütün günləri saat 10:00-dan 20:00-dək küçəyə çıxa biləcəklər;

 

18 yaşdan aşağı şəxslər üçün qadağa isə yalnız valideyn himayəsində çölə çıxmaq şərti ilə aradan götürülür;

 

Milli parklar və təbii parklar 18 yaşdan kişi və 65 yaşdan böyük şəxslər üçün ödənişsiz olacaq;

 

Nikah zalları 15 iyundan, toy zalları isə 1 iyuldan etibarən fəaliyyətə başlayacaq.

Müəllif: Ayna.az