Türkiyə Rusiyanın S-400 üzrə mütəxəssislərini ölkədən çıxarır?

Xəbərlər

03.06.2021 - 17:36

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti məlumatları təkzib edib

 

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti S-400 zenit-raket kompleksləri üzrə mütəxəssislərinin Türkiyədən çıxarılması xəbərini təkzib edib. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

 

"S-400 müqaviləsi ilə əlaqədar Türkiyədə olan Rusiya texniki mütəxəssislərin geri qaytarılması təsdiqlənmiş qrafikə uyğun olaraq həyata keçiriləcək", - deyə Ximdətdən bildirilib.

 

Qeyd edək ki, “Bloomberg” mənbələrinə istinadən xəbər yayıb ki, rəsmi Ankara S-400 üzrə Türkiyədə olan Rusiyalı mütəxəssisləri Türkiyə ərazisindən çıxarmaq qərarı verib.

Müəllif: Ayna.az