Türkiyə Prezidenti PKK-nın özünü ləğvinə münasibət bildirib

Dünya

12.05.2025 - 22:21

Həkimlər Klinikalar SEO Xidməti

PKK-nın özünü ləğvetmə və tərksilah olma qərarı Türkiyənin sabitliyi baxımından çox önəmlidir.

AYNA.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında deyib.

Onun sözlərinə görə, “Terrorsuz Türkiyə” yeni mərhələyə qədəm qoyur: “Qazanan millətimiz, ölkəmiz və regiondakı qardaşlarımız olacaq. Kəşfiyyat idarəmiz bundan sonrakı prosesi diqqətlə izləyəcək”.

Dövlət başçısı qeyd edib ki, bu prosesdən uduzan tərəf qanla bəslənən imperialistlər olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş