Türkiyə Ordusu Suriyada 7 terrorçu yaxalayıb

Dünya

08.07.2020 - 13:02

PKK/YPG terror təşkilatının üzvləri ələ keçirilib

 

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” və “Fərat qalxanı” antiterror əməliyyatlarının aparıldığı bölgədə PKK/YPG terror təşkilatının 7 üzvü ələ keçirilib. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumatda qeyd edilib ki, terrorçulardan dördü “Fərat qalxanı”, üçü isə “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgədə yaxalanıb.

Müəllif: Ayna.az