Türkiyə İdlibdə daha bir şəhid verib
Suriyada "Sülh çeşməsi" əməliyyatının aparıldığı bölgədə bir Türk əsgərinin şəhid olduğu, 4 əsgərin isə yaralandığı bildirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Beş silahdaşımız yaralanıb. Xəstəxanaya göndərilən dostlarımızdan, qəhrəman silah yoldaşlarımızdan biri bütün müdaxilələrə baxmayaraq xilas ola bilmədi” - nazirliyin açıqlamasında bildirilib.
Bundan əlavə, İdlibdə Əsəd rejiminin əsgərləri tərəfindən həyata keçirilən hücum nəticəsində 7 vətəndaş da dünyasını dəyişib.