Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
AYNA xəbər verir ki, layihəyə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı Dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb.
Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğz respublikalarıdır.
Qanun layihəsi müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul edilib.