“TurAz Qartalı-2020”nin taktiki-uçuş təlimləri keçirilib - <font color=red> VİDEO</font>

Xəbərlər

10.08.2020 - 17:15

cedabet dərman SEO Xidməti

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər

 

“TurAz Qartalı – 2020” Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, təlimin mərhələsinin senarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

 

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş