Trampın sosial şəbəkə hesabları dondurulub

Dünya

07.01.2021 - 08:31

ABŞ prezidentinin rəhbəri olduğu sosial şəbəkədə bloklanması bir neçə saat davam edəcək

 

"Facebook", "Twitter", "Instagram" sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarını dondurub.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, "Instagram"ı  baş direktoru Adam Mosseri bildirib ki, ABŞ prezidentinin rəhbəri olduğu sosial şəbəkədə bloklanması bir neçə saat davam edəcək.

 

"Biz də həmçinin 24 saat ərzində "Instagram"da prezident Trampın hesabını bloklayırıq", - o tvitterdə yazıb.

 

Qeyd edək ki, analoji açıqlama ilə "Facebook" sosial şəbəkəsi də çıxış edib. Trampın "Facebook"da bloklanması 1 sutka davam edəcək.

 

Eyni zamanda "Twitter" də prezidentin hesabını 12 saatlıq dondurub.

Müəllif: Ayna.az