“DOGE komandasının gördüyü işlərə xələl gətirən qanun layihəsini görməkdən məyus oldum”
“Tesla”nın rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampın hökumət xərclərini azaltmaq üçün təklif etdiyi qanun layihəsindən məyus olub. AYNA.AZ xəbər verir ki, Mask “CBS News”a verdiyi müsahibədə, "mən kəsiri azaltmaq əvəzinə açıq şəkildə artıran və DOGE komandasının gördüyü işlərə xələl gətirən qanun layihəsini görməkdən məyus oldum" deyib.
Kanal müsahibədən bir parça dərc edib. Tam versiya iyunun 1-də yayımlanacaq.
Trampın “bir böyük gözəl qanun layihəsi” adlandırdığı sənəd bir sıra sənaye sahələrində vergi və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsi müdafiə xərclərinin artırılmasını, xüsusən də “Qızıl qübbə” raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, o sərhəd nəzarətinin gücləndirilməsi tədbirlərini əhatə edir, həmçinin bu sahədə xərclərin artırılmasını nəzərdə tutur.