Tramp yeni sosial platformaya qoşulub

Dünya

02.04.2021 - 02:26

Yeni platformanın Trampa öz bəyanatlarını jurnalistlərə və tərəfdarlarına çatdırmaq imkanı verəcəyi bildirilir

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin, Respbulikaçılar partiyasının bir sıra tərəfdarı yeni sosial platformaya – “Campaign Nucleus”a qoşulublar.

 

AYNA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Yeni sosial şəbəkəni Trampın seçkiqabağı qərargahının keçmiş müşaviri Bred Parskeyl hələ 2016-cı ilin martında yaradıb. “Campaign Nucleus” istifadəçilərə elektron məktublar, press-relizlər göndərmək, mətn mesajları yazmaq və dövlət rəsmiləri ilə əlaqə qurararq söhbətlər aparmaq imkanları verir.

 

Yeni platformanın Trampa daha əvvəl digər sosial şəbəkələrdə olduğu kimi, öz bəyanatlarını jurnalistlərə və tərəfdarlarına çatdırmaq imkanı verəcəyi bildirilir.

 

Xatırladaq ki, Twitch, Twitter, Facebook, Youtube, Instagram Vaşinqtonda 6 yanvar iğtişaşlarına görə Trampın hesablarını bloklayıb.

Müəllif: Ayna.az