“Bəlkə apreldə, bəlkə də bir az sonra”
ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk xarici səfərinin Səudiyyə Ərəbistanına olacağını təsdiqləyib. AYNA.AZ xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə Səudiyyə Ərəbistanına səfərlə bağlı “Bəlkə apreldə, bəlkə də bir az sonra” deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti "Qətərə və bəlkə də bir neçə başqa ölkəyə" səfər etmək niyyətindədir.
Bazar ertəsi “Axios” məlumatlı mənbələrə istinadən xəbər verib ki, Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər edəcək və bu, onun ABŞ-ın 47-ci prezidenti kimi ilk xarici səfəri olacaq.