Tramp Tehranı İrandakı nüvə obyektlərinə hücum etməklə hədələyir

Dünya

22.07.2026 - 13:57

“ABŞ İrandakı nüvə proqramı ilə əlaqəli hesab edilən istənilən hədəfi vurmaq niyyətindədir”

“ABŞ İrandakı nüvə proqramı ilə əlaqəli hesab edilən istənilən hədəfi vurmaq niyyətindədir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Biz hətta nüvə fəaliyyətini düşündükləri istənilən obyekti vuracağıq", - bildirib.

Trampın sözlərinə görə, Pikaks dağı ərazisi tezliklə bu hədəflərdən biri olacaq.

ABŞ Prezidenti əvvəllər Vaşinqtonun İrana əvvəllər qeyri-mümkün hesab edilən dərəcədə ziyan vurduğunu bildirmişdi. Tramp həmçinin İranın hər bir Amerika hərbçisinin ölümünə görə "qat-qat çox" hesab ödəyəcəyini iddia edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş