Amerika kontingenti Yaxın Şərqdəki hərbi əməliyyatlara dəstək verəcək
Bolqarıstan Parlamentinin Müdafiə Komitəsi hökumətin Bezmer Hava Bazasında səkkiz Amerika tanker təyyarəsi və 250 ABŞ əsgərinin müvəqqəti olaraq yerləşdirilməsi qərarını dəstəkləyib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika kontingenti Yaxın Şərqdəki hərbi əməliyyatlara dəstək verəcək. Missiyanın ilkin olaraq 24 iyul - 1 oktyabr tarixləri arasında davam etməsi planlaşdırılır.
Eyni zamanda, Amerika qüvvələrinin yerləşdirilməsi ilə bağlı son qərarı yenə də Bolqarıstan Parlamenti verməlidir.
Xatırladaq ki, İran Bolqarıstana xəbərdarlıq etmişdi ki, ABŞ-ın Tehrana qarşı hərbi əməliyyatları üçün ərazi təmin etməsi "təcavüz və müharibə cinayətlərində" iştirak kimi qiymətləndiriləcək.