“Rubio ilə görüş iyulun 23-də keçiriləcək və Manilada ASEAN tədbirləri çərçivəsində baş tutacaq"
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rubio ilə görüş iyulun 23-də keçiriləcək və Manilada ASEAN tədbirləri çərçivəsində baş tutacaq. Rubio ilə iyulun 21-də qısa görüşüm olub və həmin zaman növbəti görüşün vaxtını təsdiqləmişik. Görüşdən müsbət nəticələr gözləyirəm”, - Lavrov bildirib.