"İsrailin hərbi məqsədləri ABŞ-ın məqsədlərindən getdikcə daha çox fərqləndiyindən...”
İsrail İslam Respublikasını daha da zəiflətmək üçün ABŞ-ı İrana qarşı tammiqyaslı hücumları bərpa etməyə inandırmağa çalışır. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir: "İsrailin hərbi məqsədləri ABŞ-ın məqsədlərindən getdikcə daha çox fərqləndiyindən, Baş nazir Benyamin Netanyahu Prezident Donald Trampı Tehranın silah proqramlarını və yenidənqurma səylərini daha da yavaşlatmaq üçün İrana qarşı tammiqyaslı hücumları bərpa etməyə inandırmağa çalışır".
Nəşr qeyd edir ki, İsrail kəşfiyyat orqanları İranın Natanz yaxınlığındakı Kirka dağının altındakı yeraltı tunellərə uran zənginləşdirmə sentrifuqlarının yerləşdirilməsi ilə bağlı məlumatları ABŞ-a ötürüb. İsrail kəşfiyyatının məlumatına görə, bu yerdəki tunellərin dərinliyi 140 metrə çatır.
WSJ yazır ki, İsrail rəhbərliyi bu məlumatın ABŞ-ın İranla bağlı gələcək addımlarına təsir edəcəyini və Vaşinqtonu yeni, daha güclü zərbələr dalğasına sövq edəcəyini gözləyir.