Sirskinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı hazırda heç bir rəsmi məlumat yoxdur
“Oleksandr Sirski artıq Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı deyil”. AYNA.AZ bildirir ki, bu açıqlamanı Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorovun keçmiş müşaviri Sergey Sternenko verib.
"Sirski artıq Baş Komandan deyil", - deyə o “Facebook” səhifəsində yazıb.
Sirskinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı hazırda heç bir rəsmi məlumat yoxdur.
Ali Radanın üzvü Oleksiy Qonçarenko da öz “Telegram” kanalında Prezident Volodimir Zelenskinin Sirskini vəzifəsindən azad etdiyini yazıb. Parlament üzvü Yaroslav Jeleznyak öz “Telegram” kanalında Ukrayna Silahlı Qüvvələri komandanının vəzifədən azad edilməsi ilə bağlı heç bir təsdiqinin olmadığını açıqlayıb.
Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvinin sözlərinə görə, Prezident tezliklə bəyanat verəcək.
Xatırladaq ki, Aleksandr Sirskinin istefası ilə bağlı şayiələr keçmiş müdafiə naziri Mixaylo Fedorovun vəzifədən azad edilməsindən sonra ortaya çıxıb. Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri Ukraynanın müxtəlif şəhərlərində etiraz dalğasına səbəb olub.