Türkiyə S-400-lərin taleyi ilə bağlı danışıqları davam etdirir

Dünya

21.07.2026 - 14:57

nazir parlament üzvlərinin F-35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıtmasına maneələRlə bağlı sorğularını cavablandırıb

Türkiyə Rusiyadan alınan S-400 zenit-raket sistemlərinin təkrar ixracı ilə bağlı üçüncü ölkələrlə danışıqları davam etdirir. AYNA.AZ xəbər verir ki, bu barədə "Türkiye" qəzeti müdafiə naziri Yaşar Gülərə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, nazir parlament üzvlərinin S-400-lərin alınmasından sonra Ankaranın ABŞ-a beşinci nəsil F-35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıtmasına maneələrin aradan qaldırılması ehtimalı ilə bağlı yazılı sorğularını cavablandırıb.

"ABŞ ilə hərbi-siyasi sahədə müsbət templə davam edən prosesin bir hissəsi olaraq, keçmişdən miras qalmış məsələlər, o cümlədən üçüncü ölkələrlə bağlı məsələlər üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə həll yolları axtarılır. Milli müdafiə planlarımız həmişə olduğu kimi, mövcud və gələcək təhdidlərin təhlili nəzərə alınmaqla diqqətlə və səriştəli şəkildə hazırlanır", - deyə "Türkiye" müdafiə nazirinin sözlərindən sitat gətirib.

Hökumətyönlü "Hürriyet" qəzeti əvvəllər məlumat vermişdi ki, Türkiyənin S-400-ləri Fars körfəzi ölkəsinə yenidən satılır. BƏƏ və Qətər ən çox ehtimal olunan alıcılar kimi göstərilib.

2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd batalyon S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabr ayında “Rosoboronexport” (Rostec dövlət korporasiyasının bir hissəsi) sistemlərin tədarükü üçün müqavilənin yerinə yetirildiyini açıqlayıb. Türkiyə ilə Rusiya arasında S-400 tədarükü üçün müqavilə imzalandıqdan sonra Ankara ABŞ-ın F-35 qırıcı təyyarələri proqramından kənarlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş