Tramp sabah Putinə zəng edəcək

Dünya

18.05.2025 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

“Bazar ertəsi məhsuldar gün olacaq, həmin gün münaqişəyə son qoyulacaq”

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir. AYNA.AZ xəbər verir ki, telefon danışığı mayın 19-da yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 16:00) baş tutacaq.

“Danışığın mövzuları həftədə orta hesabla 5000-dən çox rus və ukraynalı əsgərin öldürüldüyü “qan gölünə” və ticarətə son qoymaq olacaq”, Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Bundan əlavə, Amerika lideri ukraynalı həmkarı Volodimir Zelenski ilə, sonra isə NATO üzvləri ilə telefon danışığı aparacağını açıqlayıb.

“Bazar ertəsi məhsuldar gün olacaq, həmin gün münaqişəyə son qoyulacaq”, Tramp əlavə edib. Onun sözlərinə görə, bu.

Qeyd edək ki, mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqlardan sonra tərəflər “1000+1000” düsturuna əsasən əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya və Ukrayna atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesini davam etdirəcəklərini vəd ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş