Tramp: “Qalib gələ bilməsəm, başqa iş görərəm”

Dünya

13.06.2020 - 16:04

ABŞ-da Corc Floydun ölümündən sonra başlayan etirazlar ölkənin dörd bir yanına yayılıb

 

Eyni zamanda da koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı artmağa davam edir. Noyabr ayında keçiriləcək seçkilərə virus səbəbi ilə ara verən D. Tramp yenidən seçki kampaniyasına başlamaq ərəfəsindədir. 


AYNA xarici mediaya istinadən xəbər verir ki, irqçi nümayişləri və korona virus prosesini yaxşı idarə etmədiyinə görə tənqid olunan Prezident Tramp, Fox News-da iştirak etdiyi proqramda Harris Faulknerin suallarını cavablandırıb. O, tənqidləri rədd edib. Qaradərili vətəndaşlar üçün ən çox şey edən prezident olduğunu iddia edib. 


Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən rəqibi Co Baydenin “Əgər, Tramp seçimlərdə məğlubiyyətini qəbul etməsə, Ağ evdən əsgərlərlə çıxarılacaq” fikrinə də münasibət bildirib: “Co Bayden hələ o yerdə deyil, bunu hər kəs bilir, mən də, özü də. Əgər seçimlərdə məğlub olsam, bu ölkə üçün üzücü olar. Qalib olmasam, başqa iş görərəm”.

 

Müəllif: Ayna.az