Tramp Ərdoğana 100 milyard dollarlıq paket təqdim edəcək

Dünya

13.11.2019 - 20:28

Həkimlər Klinikalar SEO Xidməti

“Ağ Ev rəhbəri iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün bu addımı atmağa məcbur olub”

 

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, ticarət müqaviləsi də daxil olmaqla, 100 milyard dollarlıq təkliflər paketi təqdim edəcək. AYNA xəbər verir ki, bu barədə Amerikanın “Vaşinqton Post” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Tramp iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün bu addımı atmağa məcbur olub.

 

Bundan əlavə, Trampın, ABŞ ilə Türkiyə arasında böhrana səbəb olan S-400 raketlərinin müsbət həllinə və Türkiyənin F-35 proqramına yenidən daxil edilməsinə ümidli olduğu ifadə edilib.

 

Amerikalı senator Kris Van Hollen isə Ərdoğanın Vaşinqton ziyarətini sərt şəkildə tənqid edib: “Donald Trampın Suriyadakı müttəfiqlərimizə hücum edən Ərdoğanı Ağ Evə dəvət etməsi, sadəcə biabırçılıqdır”.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın bu gün Bakı vaxtı ilə saat 21:00-da Ağ Evdə görüşü keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş