"Biz koronavirusla bağlı təxminən 6 milyon test keçirdik"
ABŞ-da həkimlər COVID-19-la bağlı təxminən 6 milyon test keçiriblər.
AYNA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Biz koronavirusla bağlı təxminən 6 milyon test keçirdik. Bu istənilən başqa ölkədən çoxdur", - Ağ Evdə biznes nümayəndələri ilə görüşündə dövlət başçısı deyib.
Öz növbəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens də bildirib ki, hazırda ölkədə hər həftə koronavirusla bağlı milyon test keçirilir. Yaxın vaxtlarda bu göstərici həftədə 2 milyona çatdırılacaq.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötüb. Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 60 mindən çoxdur, virusa yoluxmuş 116 mindən çox insan sağalıb.