Fatih Təkkə Qara dəniz klubunun baş məşqçisi olub
Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi məlum olub. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, Qara dəniz klubu tanınmış mütəxəssis Fatih Təkkəyə tapşırılıb.
Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, F.Təkkə futbolçu kimi də “Trabzonspor” komandasında çıxış edib.